Milli Məclisdə 18 məsələyə baxılacaq - Gündəlik

Milli Məclisdə 18 məsələyə baxılacaq - Gündəlik
  10 Fevral 2015    Oxunub:3138
“Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevral ayının 13-də keçiriləcək”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə iclasın gündəliyinə 18 məsələ daxil edilib:

“Gündəlikdə əsasən torpaq qanunvericiliyinə dəyişiklik edilməsi nəzərdə tutulub. İlk məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Hər il bir dəfə bu baş verir. Ədliyyə Nazirliyi yanında yaradılmış qurumun rəhbərliyi səviyyəsində belə hesabat həyata keçirilir. Bir sıra əməkdaşlıq sazişləri var ki, onlar da müzakirəyə çıxarılacaq”.

Milli Məclisin üzvü bildirib ki, Torpaq, Cinayət, Əmək məcəllələrində dəyişiklik olacaq:

“Eyni zamanda “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “İcra məmurları haqqında” qanunlarda dəyişiklik nəzərdə tutulur".

Anar Kəlbiyev



Teqlər:  



Xəbər lenti