Hava küləkli olacaq
Fevralın 11-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq, axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 11-də hava əsasən, yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz qərb rayonlarından başlayaraq, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


