YAP-dan iqtidar-müxalifət dialoquna reaksiya

YAP-dan iqtidar-müxalifət dialoquna reaksiya
  10 Fevral 2015    Oxunub:2227
“İqtidar-müxalifət dialoqunun əhəmiyyəti ondadır ki, Azərbaycanda siyasi partiyalar artıq ATƏT və bu kimi qurumların, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yox, birbaşa öz təşəbbüsləri ilə yığışıb fikir mübadiləsi aparırlar. Ölkənin taleykülü məsələləri, perspektivləri, ictimai-siyasi sistemdə islahatlarla bağlı sivil formada dialoq qururlar”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib. Fevralın 12-də keçiriləcək iqtidar-müxalifət dialoqundan danışan S.Novruzov vurğulayıb ki, Azərbaycanda qeydiyyatdan keçmiş bütün siyasi partiya rəhbərləri dialoq üçün görüşə dəvət olunub, onlar iştirak edib öz təkliflərini verə bilər:

“İqtdiar-müxalifət dialoqu çərçivəsində görüşlərin təşkili ilə Yeni Azərbaycan Partiyasının Dialoq və Siyasi Partiyalararası Əlaqələr Komissiyası məşğul olur. Həmin Komissiyaya da Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, partiyanın idarə heyətinin üzvü Əli Həsənov rəhbərlik edir”.

Özünün görüşdə iştirak etməyəcəyini deyən S.Novruzov dialoq zamanı hansı məsələlərin müzakirə olunacağından danışıb:

“Bununla bağlı toplantı keçirildi. Bəzi partiyalar müvafiq təkliflər verdi və onlar müzakirə edildi. Bu təkliflər müzakirə olunduqdan sonra reallaşması üçün addımlar atılacaq”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti