Metrodakı problemin səbəbi - AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, gərginlik aşağı düşüb. Bu əsbəbdən də işıqlar sönüb, eskalator avtomatik olaraq dayanıb.
QSC rəsmisi onu da əlavə edib ki, işıqların sönməsi qatarların hərəkətinə heç bir təsir göstərməyib. N.Paşayevin sözlərinə görə, eskalatorun da hərəkəti bərpa olunub.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


