`Bakıelektrikşəbəkə`nin adı dəyişdi - SƏRƏNCAM

`Bakıelektrikşəbəkə`nin adı dəyişdi - SƏRƏNCAM
  10 Fevral 2015    Oxunub:4104
Azərbaycan prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.

ASC-nin sədri Balababa Rzayev təyin edilib.

AzVision.az-ın məlumatına görə, “Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Prezidentin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.

AzVision.az



Teqlər:  



Xəbər lenti