“Ermənistanı iqtisadi böhran gözləyir” - Aşot Yegizaryan

“Ermənistanı iqtisadi böhran gözləyir” - Aşot Yegizaryan
  10 Fevral 2015    Oxunub:2246
`Moskva özü etiraf edir ki, yaxın 2 ildə Rusiyada iqtisadi inkişaf gözləmək mümkün deyil. Rusiyanın öz pozisiyalarını itirməsi açıq aydın görünür. Neftin qiymətinin aşağı düşməsi kasıb təbəqənin artmasına gətirib çıxaracaq. Təbii qaz sahəsində də Rusiyanın vəziyyəti heç də ürəkaçan deyil. Çünki dünya bazarında bu gün qaz satışında fundamental transformasiyalar, texnoloji inqilablar baş verir. Söhbət Amerikanın şist qazından gedir. Dünyada, xüsusilə də Avstraliyada, Qatarda, Əlcəzairdə və Yaponiyada yeni texnologiyalarla maye qaz əldə edə bilirlər. Bütün bu proseslər qlobal qaz bazarının formalaşmasına təsir edəcək`.

Bu sözləri Ermənistanın lragir.am saytına erməni iqtisadçısı Aşot Yegizaryan deyib. O, daha sonra bildirib ki, bir çox ssenarilərə görə, zamanla Avropa ölkələrinin Rusiyadan asılılığı öz həllini tapacaq. Qazın qiyməti aşağı düşəcək. `Qazprom`un gəliri azalacaq. Çünki yetəri qədər qz idxal edə bilməyəcək. Rusiya bundan sonra heç vaxt Avropadakı qaz bazarındakı mövqeyini geri qaytara bilməyəcək. Yegizaryan düşünür ki, bütün bunlar Ermənistan üçün həyəcan təbilidir: `Bu gün `Qazprom` Ermənistansan bazarını monopoliyaya alıb. Bu yaxınlarda isə elə olacaq ki, ümumiyyətlə, `Qazprom`dan qaz almaq ağılsızlıq olacaq. Bütün bu problemlər axırda Ermənistanı bataqlığa sürükləyəcək`.

Ekspert bildirib ki, Ermənistan iqtisadiyyatınin inkişafına ümidlər artıq çoxdan puç olub: `Avrasiya İqtisadi Birliyinə qoşulmaqla Ermənistan faktik olaraq, qeyri-müəyyən və çox riskli bir məkana qədərm qoydu. Ölkənin olan-qalan imkanları da beləcə məhdudlaşdı. Ermənistan Avropa bazarına daxil olmaq şansını, investisiyaları cəlb etməyi, təhlükəsizliyini ən yüksək şəkildə təmin etmək şansını itirdi. Könüllü şəkildə bütün bu sadalananalardan imtina etdi və olduqca zərərli bir qərar verdi. Bu zərər sadəcə pulun dəyərinin düşməsi və ya sistemli şəkildə baş verən böhrandan getmir. Bu, qarşısı alına bilinməyən real, uzunmüddətli iqtisadi böhran və ya səfalət deməkdir`.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti