Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürüldü
  10 Fevral 2015    Oxunub:1501
Suriyada döyüşlərdə iştirak edən daha bir azərbaycanlı öldürülüb.
Öldürülən şəxs Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Rafiq oğludur.

Bu barədə onun qardaşı Rüstəm İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkədə qardaşına məxsus profilindən ona İ. İsmayılovun Suriyada öldüyü barədə mesaj göndərilib: “Daha sonra həmin ünvana yenidən məktub göndərib, suallar versəm də, cavab yazan olmadı. Az sonra isə həmin profil silindi”.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

(Apa)


Teqlər:



Xəbər lenti