Rusiya Yanukoviçi Ukraynaya verməyəcək

Rusiya Yanukoviçi Ukraynaya verməyəcək
  10 Fevral 2015    Oxunub:1908
Rusiyanın baş prokuroru Yuri Çayka Ukraynada hakimiyyət əleyhinə nümayişlərdən sonra ölkəsini tərk edib rəsmi Moskvada məskunlaşan prezident Viktor Yanukoviçin geri verilməyəcəyini açıqlayıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Y.Çayka açıqlamasında Kiyev hökumətinin Yanukoviçi siyasi səbəblərə görə tələb etdiyini bildirib:

“Biz Ukrayna baş prokurorluğunun Yanukoviçin təhvil edilməsi barədə tələbini təbii ki, cavablandıracağıq. Amma onlar haqqında qaldırılan iddia ərizəsi siyasi səbəblərlə bağlı olduğundan cavabımız müsbət olmayacaq”.

Baş prokuror Rusiya qanunvericiliyi və beynəlxalq hüquq normalarına görə siyasi səbəblərə görə təhvil verilməyi tələb olunan şəxslərin ölkəsinə verilməyinə icazə vermir.
Qeyd edək ki, Ukraynanın baş prokuroru Vitali Yarema fevralın 6-da rəsmi üraciət edərək Viktor Yanukoviçin ölkəsinə təhvil verilməsini tələb edib.

Məlumat üçün bildirək ki, keçən ilin əvvəllərində Ukraynada etiraz aksiyaları başladı. Aksiyaların səbəbi sabiq prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişinindən imtina etməsi idi. Nəticədə ölkədə kütləvi etiraz aksiyaları başladı. Aksiyalar geniş vüsət almağa başlayanda isə ölkə prezidenti Viktor Yanukoviç Rusiyaya qaçdı.
Sonradan Krımda referendum keçirlərək yarımada Rusiyaya birləşdirildi.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti