Zakir Həsənov Qarabağdan danışdı

Zakir Həsənov Qarabağdan danışdı
  10 Fevral 2015    Oxunub:1366
Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat nazirini qəbul edib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının İqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova iştirak edib.


Teqlər:  



Xəbər lenti