Gənclər üçün yeni layihə-“Emalatxana”

Gənclər üçün yeni layihə-“Emalatxana”
  10 Fevral 2015    Oxunub:3212
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nigar Kazımova tərəfindən həyata keçirilən “Emalatxana” adlı layihənin icrası 2015-ci il fevralın 1-də Bakı şəhərində başlayıb.
Layihənin keçirilməsində əsas məqsəd Gənclərin yaradıcılıq prosesində iştirakına şərait yaradaraq bu sahəyə marağın artırılması, yeni istedadların kəşf edilib Azərbaycan incəsənətinə qazandırılması, kreativ gənclərin ünsiyyətinə şərait yaradıb, onların gələcək birgə layihələrinə səbəb olmaqdır.

Layihə 3 ay davam edərək Bakı şəhərində həyata keçiriləcək. Layihə çərçivəsində 1 aylıq ictimai emalatxana və iştirakçıların yaradıcılığını nümayiş edən sərgi keçiriləcək.

Əlavə məlumat üçün:
Nigar Kazımova Çingiz qızı
Tel: (+994 51) 833 97 30
E-mail: [email protected]


Teqlər:





Xəbər lenti