Arif Hacılı iradlara məhəl qoymadı

Arif Hacılı iradlara məhəl qoymadı
  11 Fevral 2015    Oxunub:1342
Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Sədrlər Şurasının genişləndirilmiş toplantısı keçirilib.

Partiyadan AzVision.az-a verilən məlumata görə, 150-dək partiya fəalının iştirak etdiyi toplantıda Müsavat Partiyasının başqanı Arif Hacılı mövcud ictimai-siyasi durum, partiyadaxili məsələlər barədə çıxış edib.

A. Hacılı çıxışında partiya daxilindəki vəziyyətə toxunub. O bildirib ki, partiya üzvü olan bir qrup şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, partiya strukturlarını tanımamaq, daxildə paralel strukturlar yaratmaq və partiyanı nüfuzdan salmaq istiqamətində davamlı fəaliyyət göstərib. O deyib ki, bu fəaliyyətin qarşısını almaq məqsədilə partiyanın səlahiyyətli orqanları bir neçə nəfərin barəsində müvafiq qərarlar çıxarıb. A. Hacılı qurultaydan sonra partiya strukturları tərəfindən 6 nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib.go


Müsavat başqanı qeyd edib ki, qurultaydan sonra 30 nəfər partiyadan çıxdığını bəyan edib.

Çıxışlardan sonra rayon təşkilatlarına cari tapşırıqlar verilib.



Teqlər:



Xəbər lenti