ABŞ səfirliyi fəaliyyətini dayandırdı

ABŞ səfirliyi fəaliyyətini dayandırdı
  11 Fevral 2015    Oxunub:2320
ABŞ-ın Yəməndəki səfirliyi fəaliyyətini dayandırıb.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, səfirliyin bağlanmasına səbəb Yəməndə vəziyyətin təhlükəli olması göstərilib. ABŞ-ın bu ölkədəki səfiri sabah Yəməni tərk edəcək.

İlkin məlumatlara görə, səfirlik bir müddət ya Türkiyə, ya da Əlcəzairdə fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti