Yerevan-Moskva reysində qəribə hadisə

Yerevan-Moskva reysində qəribə hadisə
  11 Fevral 2015    Oxunub:2266
1863 nömrəli Yerevan-Moskva reysi ilə uçan təyyarə Volqoqradda yerə enməli olub. Səbəb 35 yaşlı Hollandiya vətəndaşının təyyarədə dava salması olub.

AzVision.az LifeNews-a istinadla xəbər verir ki, həmin şəxs təyyarənin salonunda ora-bura qaçaraq, izlənildiyini bildirib və sərnişinlərdən soruşub ki, onlarda izlənməyə qarşı vasitələr varmı? OŞ pilotların kabinəsinə girmək istəyəndə isə ekipaj təcili qaydada Volqoqradda enmək haqda qərar qəbul edib.

Volqoqradda dələduzu polis şöbəsinə aparıblar, qalan sərnişinlər isə bu gecə saat 3-də Moskvaya yola salınıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti