Gəncə Təbrizlə qardaşlaşdı - FOTOLAR

Gəncə Təbrizlə qardaşlaşdı - FOTOLAR
  11 Fevral 2015    Oxunub:2558
Gəncə ilə Təbriz arasında sarsılmaz körpü quruldu.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasət ölkənin, ayrılıqda regionların inkişafında özünü qabarıq şəkildə büruzə verir. Həyata keçirilən regional proqramlar, prezidentin ehtiyat fondundan ayrılan vəsaitlər bu gün şəhər və rayonlarda yol infrastrukturunun yenilənməsi, sosial layihələrdən olan məktəb, uşaq bağçası, səhiyyə ocaqlarının tikintisi və təmirində, kommunal və kommunikasiya sisteminin təzələnməsinə imkanlar yaradıb. Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncə də dövlətin diqqət və qayğısını daim hiss edən və buna əməli işlə cavab verən şəhərlərdən biridir. 4000 illik yaşı olan şəhərin son 4 il ərzində simasının tamamilə yenilənməsi, aparılan, abadlıq və yenidənqurma işləri, Gəncənin ölkənin sənaye mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan addımlar şəhər sakinlərinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən amillər olmaqla beynəlxalq əməkdaşlıq baxımından da yeni imkanlar açır. Elə son illərdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, beynəlxalq tədbirlər və festivallar keçirilir, Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilib, şəhərin nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri ikitərəfli münasibətlərin qurulmasına xidmət etməklə ölkələr arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır.

Elə bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin İranın Təbriz səfərinə səfəri, hər 2 şəhərin qardaşlaşmasını nəzərdə tutan protokolun imzalanması, keçirilən görüşlər Azrbaycan-İran münasibətlərinin son 1 ildə yüksələn xətlə inkişafından xəbər verir. Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik, Gəncə ilə münasibətlərin qurulmasına verilən önəm İran tərəfinin də əlaqələrin genişlənməsinə marağından irəli gəlirdi.

3 günlük səfərin ilk günü Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşdə hər iki ölkə arasında siyasi münasibətlərin müsbət inkişafından məmnunluq ifadə edilərək ölkə başçıları arasında sıx təmasın buna xidmət etdiyi önə çəkilib. Bu isə öz növbəsində regionlar arasında münasibətlərin qurulması və inkişafına xidmət etməklə hər iki xalq arasında əlaqələrin inkişadına müsbət zəmin yaradır. “Bu görüş Təbrizlə Gəncə arasında yaxşı bağlantıların qurulması üçün əsas oldu” – deyən Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə bütün sahələr üzrə 2 şəhər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə səfərin iqtisadi, elmi, mədəni əlaqələrin qurulmasına yaxşı zəmin yaratdığını söyləyərək Təbrizdən olan nümayəndə heyətini tezliklə Gəncədə görməkdən şad olacağını bildirib.

Azərbaycanın Təbrizdəki baş konsulluğu ilə tanış olan Gəncədən olan nümayəndələr ardından böyük şair Şəhriyarın da uyuduğu şairlər məzarlığını və Seyid Həmzə İmamzadəsini ziyarət ediblər, bələdiyyə muzeyi ilə tanışlıq olublar.

Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi ilə görüş zamanı isə Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması barədə protokol imzalanıb. Tarixi hadisə kimi qiymətləndirilən bu səfərin dini bir, dili bir olan şəhər sakinləri arasında əlaqələrin qurulmasına xidmət etdiyi qeyd edilib. “Gəncədə Təbriz, Təbrizdə isə Gəncə günlərinin keçirilməsi barədə şifahi razılıq əldə etdik” – deyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfərin yüksək səviyyədə təşkilinə görə İran tərəfinə təşəkkür edib. Təbrizlilərin Gəncəyə xüsusi rəğbəti olduğunu deyən Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi isə imzalanan protokolun hər 2 şəhər əhalisinin, eləcə də iqtisadi, elmi, mədəni əlaqələrin genişlənməsinə xidmət etdiyini dilə gətirib.

Səfərin ikinci günü Təbriz Dövlət Universiteti ilə tanışlıqla başlayıb. Universitetin rektoru Məhəmmədhüseyn Somi 21 min tələbə və 750-ə yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi işlər üzrə birgə tədqiqatların aparılmasının önəminə toxunub. Görüşdə əlaqələrin gücləndirlməsini nəzərdə tutan işçi qrupun yaradılması barədə razılıq əldə edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti