Mingəçevir Teatrı zərdablıları sevindirib

Mingəçevir Teatrı zərdablıları sevindirib
  11 Fevral 2015    Oxunub:2218
Teatr harada yerləşməsindən və hansı auditoriya qarşısında çıxış etməsindən asılı olmayaraq, mərkəz və əyalət kateqoriyalarına bölünməli deyil. Bu prinsiplərdən çıxış edən teatrlarımızdan biri də Mingəçevir Dövlət Dram Teatrıdır.

45 illik yaradıcı təcrübəyə malik olan bu teatr son illər əksəriyyətini gənclər təşkil edən aktyor truppası ilə bir çox uğurlara imza atıb. Yalnız Mingəçevirdə deyil, respublikanın bir çox rayon və şəhərlərində ictimaiyyətin estetik zövqünün formalaşmasında böyük rolu olan kollektiv Zərdab rayonunda qastrolda olub.

Zərdab yaradıcı heyət teatrsevərlər qarşısında 2 tamaşa ilə çıxış edib. Balaca tamaşaçılara A.Şaiqin `Tıq-tıq xanım` tamaşasını təqdim edən Mingəçevir Teatrı şəhər ictimaiyyətini üçün Ü.Hacıbəylinin "Ər və arvad" tamaşası ilə sevindirdi.

"Tıq-tıq xanım" tamaşasındakı rəngarənglik, şən musiqilər və ritmik rəqslər balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Tamaşanın rejissoru Azərbaycanın Xalq Artisri Ağaxan Salmanlı dostluqda sədaqətli olmaq ideyasını yüksək rejissor ustalığı ilə balacalara aşılamağa nail olmuşdu.

Daha sonra yaradıcı heyət Ü.Hacıbəylinin "Ər və arvad" musiqili komediyasını tamaşaçılara təqdim edib. Tamaşanın rejissoru Xalq Artisti Vaqif Əsədovun baş rolları gənc aktyorlar Fəridə Məmmədovaya və Hüseyn Mustafayevə həvalə etməsi onlarda özünə inam və məsuliyyət hissinin formalaşmasına zəmin yaradır. Bundan başqa, tamaşada teatrın aparıcı səhnə ustası Afət Əliyeva, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, gənc aktyorlardan Paşa Salmanov, Ceyhun Əhmədov, Firuz Hacıyev, Amil Fərzəliyev və Leyla Cavadova da rol alıblar.

Səhnə əsəri klassika ilə müasirliyin sintezi şəklində qurulub. Bu məqam da tamaşanın daha da baxımlı olmasına səbəb yardırdı.

Tamaşadan sonra yaradıcı kollektivlə görüşən Zərdab Rayon İcra Hakimiyyətinin Nümayəndələri 10. 02. 2015-ci il tarixində Zərdab rayonunda əsl teatr bayramı yaşandığını qeyd edərək, tamaşalar haqqında müsbət fikir söylədilər. Kollektivə uğurlar və sonsuz tamaşaçı alqışı arzuladılar.


Teqlər:





Xəbər lenti