Erməni əsgərlərin meyitləri gizlədilir
Qeyd edək ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndələri bu gün Tiqran Simonyanın ailəsini ziyarət edib. Qohumlarının verdiyi məlumata görə, Tiqran Simonyan İrəvan Ali Hərbi Məktəbini bitirib və bundan sonra Qarabağa hərbi xidmətə göndərilib. O, iki il imiş Qarabağdakı hərbi hissələrin birində xidmət edirmiş.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi erməni hərbçilərinin ölməsi faktlarının Ermənistan ictimaiyyətindən gizlədilməsindən narahatlığını ifadə edib.