Poroşenko nazirlərin qarşısında ağladı - VİDEO

Poroşenko nazirlərin qarşısında ağladı - VİDEO
  12 Fevral 2015    Oxunub:3629
“Normal insanın davam gətirə bilməyəcəyi mənzərə...”.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Nazirlər Kabineti qarşısında çıxışı zamanı Kramatorska səfərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Həyətdə partlamamış raketin quyruğu görünür. Normal insanın davam gətirə bilməyəcəyi mənzərə... Quyruq görünür, ananın çantası, uşaq oyuncağı yerdədir. Ana ölüb, üç yaşlı uşağın qolunu qəlpə aparıb. Onu xilas etmək üçün bütün gecə əməliyyat aparılıb. 16 nəfər həlak olub, çoxsu dinc sakinlərdir, 66 yaralı var. Onlardan 11-nin vəziyyəti ağırdır, 5-i uşaqdır. Onlar nəyə görə yaralanıblar?”, - deyə, Poroşenko bildirib.

Xatırladaq ki, fevralın 10-da Ukraynanın Kramatorks şəhəri atəşə tutulub. Ukrayna hakimiyyətinin məlumatına görə, atəşi yaraqlılar “SMERÇ” sistemindən açıblar.

Prokurorluq Kramatorskun atəşə tutulmasını terror aktı kimi qiymətləndirib. Separatçılar şəhəri bombalamadıqlarını iddia edir və Ukrayna ordusunu günahlandırırlar.

Bundan əvvəl Kramatorksun atəşə tutulması zamanı 8 hərbçinin öldüyü bildirilmişdi. (oxu.az)




Teqlər:





Xəbər lenti