Dəhşət: 23 nəfər diri-diri yandırıldı

Dəhşət: 23 nəfər diri-diri yandırıldı
  12 Fevral 2015    Oxunub:2312
İŞİD terror təşkilatı iordaniyalı pilot Muaz Kasabehdən sonra daha 23 nəfəri diri-diri yandırıb.
AzVision.az xəbər verir ki, İraq İnsan Hüquqları Təşkilatının yaydığı məlumata görə, terror təşkilatı son bir neçə həftədə edam məhkumlarını xalqın gözü qarşısında yandırıb.

Bildirilir ki, İŞİD-in bu hərəkəti təşkilata qarşı çıxanları qorxutmaq və onlara göz dağı vermək məqsədi güdür.

Belə ki, İŞİD fevralın 5-i Mosulda Maseri kəndində naməlum səbəbdən tutduğu 20-27 yaş arası 6 gənci qazdıqları çuxura ataraq xalqın gözü önündə yandırıb. Səlahəddin vilayətində isə 7 nəfər elektrik dirəyindən asılaraq yandırılıb.

Fatimə


Teqlər:  





Xəbər lenti