Kamran Ağayevin Türkiyədə debütü- VİDEO

Kamran Ağayevin Türkiyədə debütü- VİDEO
  12 Fevral 2015    Oxunub:2103
Türkiyə kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” doğma meydanda Super Liqa təmsilçisi "Beşiktaş"ı qəbul edib.

Matçın 39-cu dəqiqəsində Anil Tasdemirin 11-metrlik cərimə zərbəsindən vurduğu qolla “Kayeserispor” "Beşiktaş"ı məğlub edib.

Həmyerlimiz Kamran Ağayev ilk oyununda kayserili azarkeşlərin rəğbətini qazanıb. Belə ki, oyun bitən kimi azarkeşlərdən biri Ağayevə yaxınlaşaraq ondan geyimini və əlcəklərini istəyib. Həmyerlimiz stadionun təhlükəsizlik xidmətinin gəncə basqısını gördükdə isə onu qucaqlayaraq öpüb və əlcəklərini ona hədiyyə edib. Qolkiperin bu hərəkəti futbolsevərlər tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, K.Ağayevin debüt oyunu uğurlu alınıb və klubu 1/4 final vəsiqə qazanıb.



Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti