Əli Həsənov: “Partiyalardan təklif gözləyirdik”

Əli Həsənov: “Partiyalardan təklif gözləyirdik”
  12 Fevral 2015    Oxunub:1401
“Biz görüşün formatı və müzakirə olunacaq məsələlərlə bağlı siyasi partiyalardan təklif gözləyirik”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

AXCP və Müsavat Partiyalarının iqtidar-müxalifət dialoquna qatılmamasına münasibət bildirən PA rəsmisi vurğulayıb ki, hakimiyyətin də müzakirə üçün təklif etməyə mövzuları var:

“Əlbəttə ki, hakimiyyətin müzakirə üçün təklif edəcəyi mövzular var və hər görüşdə təklif olunur. Amma mən bu görüşün başlanğıcında da bəyan etdim ki, siyasi partiyalar özü təklif verməlidir”.

Bir neçə müxalifət partiyasının hakimiyyətdən təklif gözləməyinə gəlincə Ə.Həsənov deyib ki, toplantıdan sonra onlara təkliflər ediləcək.

Qeyd edək ki, AXCP və Müsavat Partiyaları iqtidar-müxalifət dialoquna qatılmayıblar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti