İqtidarla müxalifət razılaşdı: dialoq davam edəcək
“Biz hər iki aydan bir görüşmək barədə qərar qəbul etdik. Razılaşdıq ki, siyasi partiyaları, hakimiyyəti, vətəndaşları narahat edən məsələləri əvvəlcədən müəyyənləşdirib müzakirə edək. İkinci olaraq görüşün format məsələsi müzakirə olundu. Bu müzakirələrdə kimlərin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün partiyalar bu görüşlərdə iştirak edə bilər. İndiyə qədər görüşlərdə 18-20 partiya iştirak edib. Bir neçəsi qatılmayıb ki, onlara da dəvət göndərilib, onlar müəyyən səbəblərdən qəbul etməyib. Amma yenə də görüşlərə qatılmaq istəsələr qapımız onların üzünə açıqdır”.
Ə.Həsənov bildirib ki, görüşdə müzakirə olunan 3-cü məsələ tematika olub:
“Görüşlərə çıxarılacaq mövzuların əvvəlcədən müəyyən olunması qərarlaşdırıldı. Siyasi partiyalar, ayrı-ayrı mətbuat orqanları, dövlət qurumlarının ictimai yüklü hesab etdiyi məsələlərin siyahısı hazırlanıb, bütün partiyalara göndərilsin və onların seçimi ilə bu məsələlərdən biri növbəti görüşdə müzakirəyə çıxarılsın”.
PA rəsmisi vurğulayıb ki, görüşdə müzakirə olunacaq məsələlərlə bağlı müxtəlif fikirlər səslənib, tövsiyələr bildirilib:
“Amma bu təkliflərdən növbəti görüşdə hansının müzakirə olunacağı partiyalarla müzakirələrdən sonra müəyyənləşdirəcəyik. Həmçinin mövzularla bağlı fikirləri təkcə burada saxlamamaq, cəmiyyətə çıxarmaq barədə qərar verildi. Onlardan ən məqbul hesab olunanların həyata keçirilməsinə çalışılsın”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


