Könül Rüstəmxanlının ölümü ilə bağlı rəsmi AÇIQLAMA

Könül Rüstəmxanlının ölümü ilə bağlı rəsmi AÇIQLAMA
  12 Fevral 2015    Oxunub:2778
Daxili İşlər Nazirliyi Könül Rüstəmxanlının ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Dünən saat 14 radələrində Masallı şəhəri ərazisində Bakı şəhər sakini Rafiq Mustafayev idarə etdiyi “Toyota” markalı avtomobili aşırdıb. Nazirlikdən AzVision.az-a verilən məlumata görə, onun sərnişinlərindən - Bakı şəhər sakini Könül Rüstəmxanlı hadisə yerində ölüb, digər sərnişini - Abşeron rayon sakini İlahə Əliyeva xəstəxanaya yerləşdirilib.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti