Adını yaza bilməyən şagirdlərimiz... - Günah kimdədir?

Adını yaza bilməyən şagirdlərimiz... - Günah kimdədir?
  12 Fevral 2015    Oxunub:2705
“Təsəvvür edin ki, bilik olmadan hansı şəxsiyyətdən söhbət açmaq olar. İndi köhnə təhsil sistemi tamamilə dağıdılıb. Amma yeni sistem də bir o qədər uğurlu deyil” .

Bunu Azvision.az-a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

Ekspert TQDK sədri Məleykə Abbaszadənin Azərbaycanda 9-cu və 11-ci sinif şagirləri arasında oxumağı və yazmağı bilməyənlərin olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mütəxəssis bildirib ki, orta məktəblərdə təhsil alan şagirdlərə adi bilik-bacarıq vərdişləri aşılanmır, bunun kökündə isə təhsil sistemində olan çatışmazlıqlar durur:

“Biz 70 il ərzində topladımız təhsil potensialını nəyinki saxlamadıq, hətta vurub-dağıtdıq. Qərb təhsilinə meyl adı ilə sıçrayış yolunu seçdilər. Təhsil isə sıçrayış sevmir. Təhsil təkamül yolu ilə inkişaf etməlidir. Yaradılan sistemlər oturuşmalıdır. Biz təhsildə yeniliyə hazır deyilik. Biz Qərb sisteminə birdən-birə keçməyə də hazır deyildik”.

Ekspertin fikirincə, kurikulumların tətbiqi də təhsilimizə ağır zərbə vurur:

“Kurikulumların tətbiqi ilə milli təhsil konsepsiyası elan edildi. İndi biz həmin kurikulumların acı nəticəsini görürük. Ona görə də bu gün məktəblərimizdə oxuyub-yazmağı bacarmayan şagirdlərimiz var”.

N. İsrafilov məktəblərdə şagirdlərin biliklərinin qiymətləndirilməsində müəyyən problemlərin olmasından da söhbət açıb. O, qeyd edib ki, yarımillik qiymətləndirmə prossesi yalnış addımdır:

“Sovet təhsil sistemində rüblük qiymətləndirmə var idi. İndi rüblük qiymətləndirməni ləğv edib, yarımillik qiymətləndirmə tətbiq edilir. Buna heç bir əsas yox idi. Əvvələr şagirdlər 4 dəfə məsuliyyət daşıyırdılarsa indi cəmi iki dəfə məsuliyyət daşıyırlar”.

Ekspert qeyd edib ki, Azərbaycanda adını belə yaza bilməyən şagirdlər var.
Onun fikrincə səbəblər sırasına buraxılış imtahanlarının düzgün keçirilməməsi, müəllimlərin hazılıq səviyyəsinin yetərincə olmaması da daxildir:

“Əvvələr aralıq imtahanları var idi. Bütün sinif pillələrinə keçid bu imtahanlarla aparılırdı. İndi isə həmin imtahanlar ləğv edilib, yeganə buraxılış imtahanı yaradıldı. Birdən-birə səkkiz fənni həmin buxılış imtahanına daxil etdilər. Şagirdlər 10 il imtahan vermirlər, birdən-birə imtahan verirlər.

Həmçinin indi 70-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin 30-u müəllim buraxır. Bu müəllimlərin də hazırlıq səviyyəsi heç də yüksək deyil. İndi bizim məktəblərdə şagirdlərə yalnız ixtisas üzrə hazırlıq keçirilir. Yəni uşaqlar orta məktəbdə yalnız gələcəkdə seçəcəkləri ixtisasları üzrə təhsil alırlar. Yəni uşaqlara ümumi bilik-bacarıq vərdişləri aşılanmır. Bu da indiki acınacaqlı vəziyyətin ortaya çıxmasına şərait yaradır. İndi məktəblərdə tematik-frontal yoxlamalar aparılımır. İndi monitorinq qiymətləndirmə deyilən bir şey yadılıb”.

Qeyd edək ki, ötən gün keçirilən mətbuat konfransında TQDK sədri bildirib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 oxuyub-yazmağı bacarmayan şagird var. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

Belə ki, 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti