Piyadaları vuran sürücüyə cinayət işi açıldı

Piyadaları vuran sürücüyə cinayət işi açıldı
  12 Fevral 2015    Oxunub:1391
Bakının Binəqədi rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulub.
Belə ki, Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “Kamaz” markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq, yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurması nəticəsində sonuncunun hadisə yerində ölməsi, H.Mikayılovun isə xəsarətlər alması faktı ilə bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti