Prezident ABŞ-ın nümayəndəsi ilə görüşdü

Prezident ABŞ-ın nümayəndəsi ilə görüşdü
  12 Fevral 2015    Oxunub:1352
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  



Xəbər lenti