Millət vəkili 23 yaşlı qız üçün yardım istəyir

Millət vəkili 23 yaşlı qız üçün yardım istəyir
  12 Fevral 2015    Oxunub:3260
Millət vəkili Qənirə Paşayeva “Hepatit B” və “Hepatit D” virusundan əziyyət çəkən 23 yaşlı tələbə Günay Osmanovaya kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib.
AzVision.az xəbər verir ki, deputatın müraciətinə Nazirlikdən müsbət cavab verilib.
Həmçinin millət vəkili Günay Osmanovaya dəstək olmaq üçün sosial şəbəkədəki səhifəsində hər kəsdən yardım istəyib:

“Əziz dostlar! 23 yaşlı tələbə Osmanova Günay Pərviz qızı “Hepatit B” və “Hepatit D” virusundan əziyyət çəkir və bizim dəstəyimizə ehtiyacı var. Özəlliklə imkanlı şəxsləri Günaya kömək olmağa çağırırıq. Unutmamalıyıq ki, həyatda heç bir yaxşılıq əvəzsiz qalmır və böyük Yaradan hər zaman kömək olanlara kömək olur. Gəlin, 23 yaşlı gənc qızımıza xəstəliklə mübarizədə kömək olaq”.

Qeyd edək ki, əslən İsmayıllı rayonundan olan Osmanova, bir neçə aydır ki, acımasız xəstəliyə yoluxub.

Özünün də dediyi kimi, Günay ölkəmizdə “Hepatit D” virusu aşkar edilən sayca 82-ci insandır. Hazırda Bakıda ailəsi ilə birlikdə kirayədə qalan Günayın müalicə xərclərini ödəmək üçün köməyə ehtiyacı var.

Günaya kömək etmək istəyən insanlar bu nömrələrlə (055 285 65 79, 055 654 11 65) əlaqə saxlasınlar.




Teqlər:  



Xəbər lenti