DİN 45 nəfəri həbs edib

DİN 45 nəfəri həbs edib
  13 Fevral 2015    Oxunub:2971
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınmış, onların da 43-ü “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti