"Azəryolservis"in yeni sədri nazirin qohumudur?

"Azəryolservis"in yeni sədri nazirin qohumudur?
  13 Fevral 2015    Oxunub:5829
Nəqliyyat naziri Ziya Məmmədovla "Azəryolservis" ASC-nin yeni sədri Saleh Ərşad oğlu Məmmədovun qohum olmaları barədə məlumatlar yayılıb.
Məlumatların dəqiqliyini öyrənmək məqsədi ilə Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən AzVision.az-a verilən açıqlamada bildirilib ki, Ziya Məmmədovla Saleh Məmmədov qohum deyil:

“Saleh Ərşad oğlu Məmmədov əvvələr nazirlikdə işləyib. Hazırda o, "Azəryolservis" ASC-nə müvəqqəti sədr təyin edilib. Ziya Məmmədovla Saleh Məmmədov eyni yaşdadırlar. Onların qətiyyən qohumluq əlaqələri yoxdur”.

Nazirlikdən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nəqliyyat naziri Ziya Zəmmədova müavin təyin edilən Arif Əsgərovla da bağlı açıqlama verilib.

Bildirilib ki, hazır da o işinin icrasına başlayıb:

“Arif Əsgərov artıq Nəqliyyat Nazirliyinə gəlib və öz nazir müavini vəzifəsini yerinə yetirir”

Qeyd edək ki, Nəqliyyat Naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə Saleh Ərşad oğlu Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzalayıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti