Sumqayıtın maşın bazarında yanğın

Sumqayıtın maşın bazarında yanğın
  13 Fevral 2015    Oxunub:1029
Sumqayıt maşın bazarında ötən gecə güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verdiyi xəbərə görə, yanğın Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində baş verib.

Nəticədə biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb.

Ərazidə olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti