Pensiyaçıların nəzərinə!

Pensiyaçıların nəzərinə!
  13 Fevral 2015    Oxunub:2569
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 19 fevral 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Sumqayıt şəhər şöbəsində (01865) 2-15-15
Abşeron rayon şöbəsində (012) 342-89-66
Xızı rayon şöbəsində (02331) 5-01-64
Qubadlı rayon şöbəsində (01865) 5-41-37

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.



Teqlər:





Xəbər lenti