Qubaya güclü qar yağıb - FOTO

Qubaya güclü qar yağıb - FOTO
  13 Fevral 2015    Oxunub:3730
Fevralın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AzərTAc-a bildiriblər ki, dağlıq ərazilərdə qarın hündürlüyü 10 sm-dən çoxdur. Ən çox yağıntı isə Qubanın Xınalıq (14 sm), Qonaqkənd (21 sm), Təngəaltı (17 sm) kəndlərinə, eləcə də Xızının Altıağac (15 sm) qəsəbəsinə düşüb. Qusar və Quba şəhərlərində isə qarın hündürlüyü 2-5 santimetrə çatır. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava kəskin soyuyub, dağlıq ərazilərdə temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.

Qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda problem yaratmayıb. Bütün istiqamətlərdə magistrallar açıqdır və yollarda yol istismarı idarələrinin növbətçi briqadaları xidmət aparırlar.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən qarlı hava şəraitinin fevralın 14-dək davam edəcəyi bildirilib.



Teqlər:





Xəbər lenti