Vəzifəli şəxslərə cəza: 84 qovulma, 448 töhmət

Vəzifəli şəxslərə cəza: 84 qovulma,  448 töhmət
  13 Fevral 2015    Oxunub:2818
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri 2014-cü ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 285 dəfə müzakirəyə çıxarılıb və yol verilən nöqsanlara görə 1487 nəfərə intizam tənbehi tətbiq olunub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

PA rəsmisi qeyd edib ki, iclaslar zamanı 448 nəfərə töhmət və şiddətli töhmət verilib, 37 nəfərə xəbərdarlıq elan olunub, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 79 nəfər, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində 3 nəfər, Vergilər Nazirliyində 2 nəfər olmaqla ümumilikdə 84 nəfər işdən azad edilib.

2014-cü ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması vəziyyəti 917 dəfə müzakirə edilib, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 335 nəfər barəsində intizam tənbehi tətbiq edilib.




Teqlər:  





Xəbər lenti