Vətəndaşları narazı salan icra hakimiyyətləri - SİYAHI

Vətəndaşları narazı salan icra hakimiyyətləri - SİYAHI
  13 Fevral 2015    Oxunub:5675
Bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun sözlərinə görə, il ərzində respublikanın bölgələrindən qəbula gələn vətəndaşların sayına nəzər salsaq, Bakı şəhəri və onun rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağstafa, Astara, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Laçın, Lerik, Masallı, Neftçala rayonlarının sakinləri daha çox müraciət etmişlər. Prezident Administrasiyasında qəbul olunmaq üçün edilən yazılı müraciətlərin təhlili göstərir ki, bu mövzuda Bakı şəhəri və onun bəzi rayonlarından, Lənkəran, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Quba, Lerik, Saatlı, Salyan, Ucar, Zəngilan şəhər və rayonlarından müraciətlər daha çox daxil olmuşdur. Onların araşdırılması göstərir ki, bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti