Nəqliyyat Departamentinin obyektində cinayət

Nəqliyyat Departamentinin obyektində cinayət
  13 Fevral 2015    Oxunub:1530
Bakıda oğurluqda şübhəli bilinən şəxs yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin oktyabrın 15-də saat 13:30 radələrində, Qobustan qəsəbəsi ərazisində yerləşən Nəqliyyat Departamentinə məxsus Tərəzi Nəzarət Məntəqəsindən pəncərəni sındırmaqla çoxsaylı məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Rəşid Məmmədov tutulub.

Araşdırmalar davam etdirilir.

(Lent.az)


Teqlər:  





Xəbər lenti