`Bəzi partiyalar təxribat törətmək istəyirlər` - Siyavuş Novruzov

`Bəzi partiyalar təxribat törətmək istəyirlər` - Siyavuş Novruzov
  13 Fevral 2015    Oxunub:1519
Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

İlk olaraq çıxış edən millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bəzi siyasi partiyalar ayrı-ayrı qüvvələrə xidmət etməklə iqtidar-müxalifət nümayəndələrinin görüşünə kölgə salmağa, təxribat törətməyə çalışırlar.

Onun sözlərinə görə, bəzi siyasi partiyalar dəfələrlə ATƏT-in, yaxud da başqa bir qurumun keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər.

“Dünən YAP, Prezident Administrasiyası, ümumilikdə Azərbaycanda təmsil olunan siyasi partiyaların çox yaxşı görüşü keçirildi. Bu da ictimiayyət tərəfindən də müsbət qarşılandı. Azərbaycanı təmsil edən siyasi sistemin nümayəndələri bir araya gələrək həm siyasi sistemin formalaşması, həm müxtəlif qanunlara əlavə və dəyişikliklərin olunması, eləcə də Azərbaycanın taleyüklü məsələlərin birgə müzakirəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Görüşlərin mütəmadi 2 aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan dövlətinin və prezidentinin ölkəmizin hər bir işinin şəffaf şəkildə idarə olunmasının bariz nümunəsidir. İstər QHT-lər, istər siyasi partiyalar, istər mətbuat orqanları dövlət idarəçiliyində həyata keçirilən bütün tədbirlərdə iştirakçı kimi bundan sonra öz fəaliyyətlərini göstərəcəklər. Bu görüşdə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar yığışıb bir yerdə hər hansı bir dövlət əhəmiyyətli məsələ müzakirə etdikdə, onlar özlərini əhəmiyyətdən kənarda saxlayırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilir. Bu gün Azərbaycanın ümumxalq mənafeləri deyil, digər mənafelər müdafiə olunur”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti