Deputat: `Bizə problem yaratmaq istəyirlər`

Deputat: `Bizə problem yaratmaq istəyirlər`
  13 Fevral 2015    Oxunub:1300
“Son vaxtlar Cənub Qaz Dəhlizi layihəsi əsasında Türkiyə üzərindən Avropaya nəql edilməsi layihəsinə ciddi problem yaratmaq istəyirlər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov bildirib.

Millət vəkili qeyd edib ki, Yunanıstanın energetika naziri qazın qiyməti və nəqli ilə bağlı iddialar irəli sürüb.

“Bunlar hamısı bir ipin iki ucudur. Müəyyən təzyiqlər göstərmək istəyirlər ki, Azərbaycan öz qazını Avropa bazarına gec çıxartsın. Amma cənab prezident çevik siyasəti ilə buna qarşı ciddi addım atdı. Azərbaycan qazının Avropaya ixracı Azərbaycanın müstəqilliyinin qarantıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti