Qənirə Paşayeva: `Susmayın`

Qənirə Paşayeva: `Susmayın`
  13 Fevral 2015    Oxunub:1755
Millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında Bakıdakı beynəlxalq qurumlara öz etirazını bildirib.
AzVision.az xəbər verir ki, millət vəkili sərhədyanı bölgələrdə, həmçinin təmsil etdiyi Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərində ermənilər tərəfindən mülki vətəndaşların evlərinin atəşə tutulması, yandırılması, həmçinin bu günlərdə bir tovuzlu mülki vətəndaşın evinin içində yaralanmasına Bakıdakı beynəlxalq qurumların ofislərinin reaksiya verməməsinə etiraz edib.

Qənirə Paşayeva beynəlxalq qurumlara səslənərək bildirib ki, imkan olanda gedib görsünlər ki, Ermənistan hansı cinayətlərə əl atır, mülki vətəndaşlarıımıza qarşı necə insanlıqdan kənar hərəkətlər edirlər. Deputat ön xəttdə yerləşən evlərin qarşısında istehkamların, həmçinin kəskin atışma dövründə gizlənmək üçün sığınacaqların tikilməli olduğunu təklif edib.



Teqlər:





Xəbər lenti