Bankomatdan pul oğurlayan şəxs ələ keçdi

Bankomatdan pul oğurlayan şəxs ələ keçdi
  13 Fevral 2015    Oxunub:1577
Başqasına məxsus bankomat kartından pul çıxaran şəxs saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bir nəfər şəxs bankomatdan pul çıxarıb.

Hadisə ötən il dekabrın 1-də Mərdəkan qəsəbəsi ərazisində baş verib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktının üstü açılıb.

Həmin ərazidə yerləşən "Unibanka" məxsus bankomatdan Vahid Sadata məxsus bankomat kartından 2 min 964 manatını çıxarmış Bakı şəhər sakini Elxan Cahangirov tutulub.


Teqlər:  





Xəbər lenti