Şeyx İrana getdi - Ramazan ayına görə

Şeyx İrana getdi - Ramazan ayına görə
  13 Fevral 2015    Oxunub:1857
Şeyx İranda Ramazan ayı ilə bağlı müzakirələrə qatılacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə İrana dəvət edildi.
Onu Bakıda olan Tehran universitetinin geofizika institutunun direktoru Fərhəg Əhmədiyyə Tehrana dəvət edib.

Məlumata görə, Tehranda keçiriləcək konfransda Ramazan ayında Ayın görünməsinin dəqiq vaxtı, oruc vaxtlarının təyini müzakirə ediləcək. Hələlik konfransın dəqiq vaxtı bilinmir.

Qeyd edək ki, bu məsələlər bir neçə gün öncə Şamaxı Astrofizika Rəsədxanasında keçirilən elmi konfransda da müzakirə edilib.

Bu münasibətlə bu gün QMİ-də də tədbir keçirilib. Mərasimdə çıxış edən Hacı Allahşükr Paşazadə Azərbaycanda dinə, elmə münasibətdə ayrıseçkilik olmadığını deyib. "İstər sünni, istər şiə məzhəblərində olanlar rahat şəkildə ibadətlə məşğul olurlar. Lakin bəzən namaz və oruc vaxtlarının arasında müəyyən problemlər olur. Çox vaxt oruc vaxtları dəqiq olmur".

Konfransda İnstitut direktoru ilə yanaşı, İran təqvim şurasının üzvü Ehsan Təvvabi və başqa qonaqlarda iştirak edib. Konfransda şəri vaxtlar hazırlanıb.





Teqlər:  





Xəbər lenti