AFFA-dan klublara cərimə

AFFA-dan klublara cərimə
  13 Fevral 2015    Oxunub:1771
AFFA-nın İntizam Komitəsi yeni qərarlar qəbul edib.
AzVision.az qəbul edilən qərarları təqdim edir:

10 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXI turunun "Simurq"-"Qəbələ" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyununun 45 2-ci dəqiqəsində "Qəbələ" klubunun 22 "-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

9 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Simurq"-"Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

10 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Bakı"-"Sumqayıt" matçının 80-cı dəqiqəsində "Bakı" klubunun 16 "-li futbolçusu Rüstəm Rüstəmli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).


Teqlər:





Xəbər lenti