İtkin düşən balıqçılar tapılmır

İtkin düşən balıqçılar tapılmır
  13 Fevral 2015    Oxunub:1748
Fevralın 12-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində Xəzər dənizində qayıqla balıq ovuna çıxan iki nəfər itkin düşüb.
Qəsəbə sakini 22 yaşlı İbrahim Məmmədov və 32 yaşlı Ceyhun Mahmudov 18-ci yanalma körpüsündən dənizə çıxıblar. Havanın küləkli olduğunu görən digər balıqçılar geri qayıtsalar da, onlar dənizdə qalıblar.

İtkin düşmüş balıqçıların axtarışına motorlu qayıqlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi cəlb olunub. Havanın küləkli olması xilasedicilərin işini çətinləşdirir. Xilasedicilərlə yanaşı, qəsəbə sakinləri də axtarışda iştirak edirlər.

Balıqçıların qayığının qalıqları rayonun Siyavar kəndi ərazisində tapılıb. Axtarışlar davam etdirilir.


Teqlər:





Xəbər lenti