Nazirliyə müraciət edənlərin sayı artıb

Nazirliyə müraciət edənlərin sayı artıb
  14 Fevral 2015    Oxunub:1631
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid sualların operativ və ətraflı cavablandırılması məqsədilə Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyət göstərir. İndiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 29500-dən çox müraciət daxil olub.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür. Bu ilin yanvar ayında isə Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə 550-ə yaxın müraciət daxil olub. Müraciətlərin 27%-i istehlakçıların hüquqlarının müdafiəsi, 22%-i Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər, 19%-i sahibkarlığın inkişafı, 8%-i sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər və s. barədə olub.

Xatırladaq ki, stasionar və mobil telefonlardan Məlumat Mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq olar. 195-2 nömrəsi ilə danışıq, Telefon Məlumat Mərkəzinin xidmətləri ödənişsizdir. Telefon xidməti canlı rejimdə, iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti