ABŞ Ukraynanın silahlanmasını istəyir

ABŞ Ukraynanın silahlanmasını istəyir
  14 Fevral 2015    Oxunub:2093
ABŞ Konqresində Ukraynaya hərbi yardım göstərilməsini, həmçinin silah çatdırılmasını nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənədin həmmüəllifləri nümayəndələr palatasının silahlı qüvvələr üzrə iş komitəsinin sədri Mek Tornberri və konqresmen Adam Smitdir.

Onlar Kiyevə həm silah və texnikanın verilməsinin, həm də təlim proqramlarının təşkilinin də daxil olduğu hərbi yardım göstərilməsini təklif edirlər. Bu yardımın xərcləri 1 milyard dollar məbləğində nəzərdə tutulur.

Keçən il də ABŞ Konqresində “Ukraynada azadlığa dəstək qanunu” hazırlanmışdı. O, əsasən Rusiyaya qarşı yeni, miqyaslı sanksiyaların tətbiqini və Kiyevə silah verilməsini ehtiva edirdi. Dekabrın ortalarında həmin sənədi imzalayan Barak Obama Ağ ev administrasiyasının hələ ki, bu səlahiyyətdən istifadə etmək fikrində olmadığını bildirmişdi.

Bu yaxınlarda senatın silahlı qüvvələr üzrə komitəsinin başçısı Con Makkeyn senatorlar qrupu ilə birgə daha bir qəliz qanun layihəsi hazırlamaq barədə niyyətlərini açıqlayıb. Onlar fevralın əvvəlində keçirdikləri mətbuat konfransında ABŞ-ın Ukraynaya silah çatdırılmasına dərhal başlamasının vacib olduğunu qeyd ediblər.

Demokratlar və respublikaçılar sırasından olan amerikalı qanunvericilər Ukraynanın bəzi növ silahlara, o cümlədən tank əleyhinə raketlərə, pilotsuz uçan aparatlara, radio-elektron mübarizə vasitələrinə və zirehli avtomobillərə ehtiyacı olduğunu bildirmişdilər.


Teqlər:  





Xəbər lenti