20 yaşlı qızı maşın vurub qaçdı
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının avtomobili ilə xəstəxanaya gətirilib. Yaxınlarının sözlərinə görə “NİVA” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb və qaranlıq olduğundan avtomobilin nömrəsini görmək mümkün olmayıb.
Yaralının xəstəxananın travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.