Binəqədidə kafe yanıb

Binəqədidə kafe yanıb
  14 Fevral 2015    Oxunub:1354
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan kafenin mətbəxinin tavanı 5 kv.m sahədə, mətbəx əşyaları qismən yanmış, kafedə olan kondisioner və televizor yüksək temperaturdan əriyib.
Fövqaladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğın zamanı kafeyə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan valyuta dəyişmə məntəqəsinin tavanı 4 kv.m sahədə və içərisində olan əşyalar qismən yanıb.

Tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti