Əfsanəvi müğənninin evi satılır - 2 milyona

Əfsanəvi müğənninin evi satılır - 2 milyona
  14 Fevral 2015    Oxunub:4189
Əfsanəvi yunan müğənnisi Demis Russosun varisləri bütün dünyanı təəccübləndirib. Müğənninin ölümündən çox az keçməsinə baxmayaraq, onun Afinadakı dəbdəbəli evi artıq satışa çıxarılıb. Russosun övladları elit əmlaka görə 2 milyon avrodan artıq pul qazanmağı düşünürlər.

AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Demis Russosun ailəsi üçün aldığı malikanə Yunanıstanın paytaxtı Afina şəhərinin nüfuzlu Ano Vula rayonunda yerləşir. Müğənninin həyat yoldaşı və övladları vaxtlarının çox hissəsini məhz pəncərələri Saronik körfəzinin gözəl mənzərəsinə açılan və ümumi sahəsi 400 kvadratmetr olan bu malikanədə keçirirdilər.

Artıq məlum olub ki, xarici görkəminə görə qədim fransız qəsrini xatırladan bu elit malikanə bütün ev əşyaları ilə birgə satılır.


Teqlər:  





Xəbər lenti