“İnkluziv təhsil haqqında” qanun layihəsi Məclisdə
Bildirilib ki, Milli Məclisdə aparılan müzakirələr zamanı qanun layihəsinin ayrıca qanun kimi deyil, qanun layihəsində qeyd olunanların “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”Azərbaycan Respublikası Qanununda və "Təhsil Haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi yolu ilə əks olunması məqsədə müvafiq hesab edilib.
Hal-hazırda bu məqsədlə iki nəfər hüquqşünas işə cəlb olunmuşdur. Yuxarıda adları qeyd olunan qanunlara əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanır.