Nazirlik əlil uşaqlarla bağlı gələcək planları açıqladı

Nazirlik əlil uşaqlarla bağlı gələcək planları açıqladı
  17 May 2013    Oxunub:1328
Təhsil Nazirliyi əlil uşaqların təhsilə cəlb olunması üçün yeni planlar nədən ibarət olduğunu açıqlayıb
AzVision.az xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki. sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsilə (inkluziv təhsilə) cəlb olunması üçün UNİCEF-in texniki dəstəyi ilə “2013-2020-cu illərdə Azərbaycan Respublikasında İnkluziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub. Proqramın məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. Sənəd layihəsi həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində təsdiq olunması nəzərdə tutulan dövlət proqramlarının siyahısına da daxil edilib.

Dövlət Proqramının təsdiq olunub reallaşacağı təqdirdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı mövcud problemlər öz həllini tapacaq.

Dövlət Proqramının əsas vəzifələri bunlardır:

- Bütün təhsil pillələri üzrə inkluziv təhsilin təşkil edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi;
- Təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
- İnkluziv təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi;
- Sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;
- Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə maarifləndirmə işinin aparılması;
- Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq xidmətlərin yaradılması;
- Şəhər, rayon infrastrukturunun və nəqliyyatın sağlamlıq imkanları məhdud şəxslərin maneəsiz hərəkət etməsi üçün onların ehtiyaclarına uyğunlaşdırılması.

AzVision.az



Teqlər:





Xəbər lenti