Gəncədə daha bir ölüm

Gəncədə daha bir ölüm
  15 Fevral 2015    Oxunub:1700
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə fevralın 14-də saat 20 radələrində şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani İsgəndərov idarə etdiyi “Volksvagen Toureq“ markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən təxminən 40-45 yaşlar arasında olan kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(APA)


Teqlər:





Xəbər lenti