Tovuzda film kimi oğurluq - VİDEO

Tovuzda film kimi oğurluq - VİDEO
  16 Fevral 2015    Oxunub:2485
Oğurluqla kifayətlənməyən dırnaqarası qəhrəmanlar taladıqları dükanda yeyib içməyə də imkan tapıblar.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tovuz rayon sakini Məzahir Xəlilovun obyektinə daxil olan naməlum şəxslər əsasən tütün və içki məhsullarını götürüblər. Mağazaya daxil olanlar orada yeyib içməyə də imkan tapıblar. Dükan sahibinin sözlərinə görə, dırnaqarası qəhrəmanlar kolbasa, sosiska və içkiləri yararsız hala saldıqdan sonra 35 manat dəyərində xırda pul və digər qənimətləri götürərək ərazidən uzaqlaşıblar. Məzahir Xəlilov bildirir ki, artıq 3-cü dəfədir ki, obyektindən oğurluq edilir.

Həmin gecə qonşu küçədə yerləşən Südabə Musayevaya məxsus satış mərkəzindən də oğurluq edilib. Mağazanının kilidini xüsusi ustalıqla kəsən oğrular oradan 150 manat dəyərində qida məhsulları və 70 manat pul götürüblər.

Baş verən oğurluq hadisləri ilə bağlı Tovuz polisi araşdırmalara başlayıb.




Teqlər:  





Xəbər lenti